Ermənistana iqtisadiyyatı bataqlığa yuvarlandığı kimi, təhsili də uçurumdadır.
Belə ki, cari ildə Ermənistanın özəl və dövlət universitetlərində təqribən 16 min ödənişli və pulsuz yer vakant qalıb.
Bunu ali təhsil departamentinin müdiri Lusine Qriqoryan bildirib.
O, vahid dövlət imtahanında iştirak etmək üçün ümumilikdə 13887 abituriyentin müraciət etdiyini, onlardan 11587 -nin imtahandan uğurla keçdiyini, iki müsabiqə mərhələsi üzrə ümumilikdə 9729 abituriyentin müxtəlif ali məktəblərə daxil olduğunu bildirib.
Qriqoryanı təəccübləndirən odur ki, pulsuz yerlər də boş qalıb.
"Ermənistan universitetləri bu il 22 min ödənişli və ödənişsiz yer ayırıb. Maraqlıdır ki, pulsuz yerlər də boş qalıb, xüsusən mövcud 1900 yerdən yalnız 1670-i tutulub” ,- deyə bildirib.
Özəl universitetlərdə 7500 yerdən, cəmi 131-i tutulub...
Departament müdiri özəl universitetlərinin ayırdığı 7500 yerdən yalnız 131-nin tutulduğunu vurğulayıb.
Yəqin ki, Ermənistan universitetlərinə əcnəbi tələbələrin də marağı azalıb.
Xatırladaq ki, ötən il Ermənistanın “Müqəddəs Tereza” adına İrəvan Tibb Universitetinin saxta “həkim” diplomu satdığı üzə çıxdı.
Yüzdən çox əcnəbi tələbə Ermənistanda rüşvət müqabilində saxta ali tibbi təhsil diplomu aldığı məlum olub..
2020-2021-ci illərdə universitet diplom müqabilində, 105 əcnəbidən şəxsən və ya dolayı yolla 3000 dollar rüşvət alıb.
JASMİN