2022-2023-cü tədris ili üzrə 1193 nəfər tələbəyə Tələbə Təhsil Krediti verilib, lakin 286 nəfərə imtina...

 Təhsil Tələbə Krediti Fondunun məlumatına görə, cari təhsil ili üçün bu günə qədər 3708 nəfər TTK almaq üçün müraciət edib.

 Onlardan 286 nəfərin müraciətinə imtina cavabı verilib, 989 nəfərin müraciəti natamam olaraq qiymətləndirilib.

 2022-2023-cü tədris ili üzrə 1193 nəfərə TTK verilib.

Bəs tələbə kreditini əldə etmə qaydaları necədir?

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilərlər. 

 Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsilinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər. Bu qrupa birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); 3.4.2. illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər daxildir. 

 Təhsil krediti göstərilən təhsil pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir. 

JASMİN

 

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN