Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, test imtahanının nəticələrinə əsasən, keçid balını (17 bal) toplamış 310 namizəd müsabiqənin şifahi müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır.

Qeyd edək ki, müsahibə proqramına “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları, təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları, təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrləri, ümumi təhsil müəssisələrinin idarə olunması, məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir təhsil proqramları, sanitar-gigiyena, yanğından mühafizə norma və qaydaları, fəal təlim metodları, sosial-psixoloji ünsiyyət metodları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və digər mövzular daxildir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN