Elm və təhsil naziri Emin Əmrullayevin vaxtilə intihar etmiş bir şagirdin ailəsinə verdiyi başsağlığında "səbr" sözünün yazılışı müzakirə mövzusu olub...

Ailəyə səbr arzulayan naziri sosial şəbəkələrdəki səbrsizlər sözü düzgün yazmamaqda qınayıblar. Onların fikrincə, “səbr” sözü düzgün yazılmayıb və mütləq “b” samitindən sonra “i” saiti yazılmalı imiş...

Əlbəttə, bu müzakirəni aparanların təhsili barədə bir söz deyə bilməsək də, məsələ o qədər böyüyüb ki,  hətta KİV əməkdaşları Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoruna da müraciət edəsi olublar...

Mərkəzin direktoru Sevinc Əliyeva da bəzi “dil bilməzlər” üçün bəyan edib ki, sözün düzgün yazılış forması "səbr"dir:

 “Əlbəttə “səbr” yazılmalıdır. “Səbir” sözünün mənası başqadır. Lüğətə də baxa bilərsiniz. “Tək səbir” semantikası və “səbr” semantikası var. Səbr-dözüm, səbir isə asqırmaq mənasında işlədilir”.

Xatırladaq ki, bir müddət əvvəl Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyada iştirak edən müəllimlərin 469 nəfərinin “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilmədiyini açıqlamışdı.

Yəqin ki, nazirin bu açıqlamasından sonra onun da sözlərində “səhf tutanlar” çoxalıb...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN