“Bu isə sübut edib ki, 11-ci sinifi bitirən məzunlar buraxılış imtahında topladığı bal çox aşağı səviyyədə olub”.
Bu fikirləri təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib.
O, statistikaya diqqət çəkərək vurğulayıb ki, 11 illik bazada kolleclərə qəbul aparılan zaman, ballar çox aşağı enmişdi, hətta 120 ballıq ixtisaslar 90-95 bala düşmüşdü:
“Bu isə sübut edib ki, 11-ci sinifi bitirən məzunlar buraxılış imtahında topladığı bal çox aşağı səviyyədə olub. Nəticədə isə balları aşağı düşməsinə baxmayaraq, kolleclərdə bu qədər boş plan yeri qalıb".
O, artıq məktəblərdə həyəcan təbili çalınma vaxtının çatdığını və Elm və Təhsil Nazirliyinin bundan nəticə çıxarmalı olduğunu qeyd edib.
Sevinc Purkeştasib ötən ilki qəbulun nəticələrindən danışıb:
“Ötən il 97-98 balla qəbul olmuş abituriyent, bu il həmin ixtisasa 68 balla qəbul olub. Bu da onu göstərir ki, məktəbi bitirmiş şagird buraxılış imtahanında çox aşağı bal toplayıb. Bu artıq məktəb, repetitorlar və hazırlıq kursları üçün siqnaldır. Və artıq həyəcan təbili çalınmalıdır".
Onun sözlərinə görə, balların aşağı düşməsinə baxmayaraq, boş plan yerlərinin qalması orta məktəbi bitirmiş şagirdlərin savadsızlığını göstərir.
Y.MƏMMƏDLİ