“...Güzəşt etmək mümkündürmü?”

 Elm və təhsil naziri REAL TV-yə müsahibəsində təhsil sahəsində çox ciddi problemlə üz-üzə qaldıqlaqını (həm də qaldığımızı) bildirib.

 “Çox ciddi problemlə üz-üzəyik. Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”, -deyə bildirib.

O, belə bir vəziyyətdə güzəştə getməyin mümkünsüz olduğunu, hətta bu cür güzəştlərin vətənə xəyanətdən də betər olduğunu vurğulayıb.

“Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki hər hansı bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın qarşısına çıxıb gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”, -deyə Emin Əmrullayev bildirib.

Nazirin bu açıqlaması doğrudan da təhsilimizin enişə doğru getməsindən xəbər verir. Bu prosesin qarşısı alınmasa, gələcəyimiz sual altındadır. Lakin müəllimlərin savadsızlığında kimdir (yaxud nədir) günahkar? İlk növbədə bunu aşkarlamaq və bu boşluğu doldurmaq lazımdır.

Bəlkə elə ali təhsil ocaqlarındakı müəllimlərin savad səviyyəsi yoxlanılsın? Və ya tələbələrin hansı yollarla qiymət aldıqları araşdırılsın, yaxud ali məktəblərə qəbul imtahanlarının indiki qaydada keçirilməsinin üz ağardan olmadığı barədə düşünülsün?

Hər halda tez düşünülsün. Yoxsa illərin bərbad təhsili hələ çox savadsız müəllim ordusu yetişdirəcək...

 

Y.MƏMMƏDLİ  

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN