Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 467 müraciətçinin 406-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib,

61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 22, dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 19, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 140, Rusiya Federasiyasından 133, Ukraynadan 93, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 13, digər ölkələrdən isə 70 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 55, iqtisadiyyat üzrə 38, tibb üzrə 33, biznesin idarə edilməsi üzrə 28, stomatologiya üzrə 18 nəfər müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 19 gün təşkil edib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN