“Güney Azərbaycandakı soydaşlarımız üçün ana dilində dərs vəsaitləri nəşr edib, onlara göndərməliyik”.
Bunu sabiq təhsil naziri Firudin Cəlilov bildirib.
Onun sözlərinə görə, Güney istiqlaliyyətini qazanarsa, orada ana dilində təhsil müəssisələri açılmalıdır.
Həmçinin o əlavə edib ki, güneyli soydaşlarımızın tam olaraq təhsilsiz qaldığını söyləmək doğru deyil, sadəcə olaraq təhsil ana dilində deyil, fars dilində təşkil olunur.
Qeyd edək ki, hazırda İran İslam Respublikasında vəziyyət stabil deyil, insanlar küçələrə axışaraq hazırkı molla rejiminə etirazlarını bildirir və daha normal şərtlərdə yaşamaq istədiklərini bildirirlər. 40 milyondan çox soydaşımız isə ana dilində təhsil almaqdan məhrumdur. Halbuki çox az sayda olan ermənilərin İranda saysız- hesabsız təhsil ocaqları fəaliyyət göstəririr və onlara xüsusi diqqət var...
Y.MƏMMƏDLİ