Gündəliyini aç, beşini göstər və...

“5” qiyməti alan məktəblilər Çeçenistanda ictimai nəqliyyatda pulsuz istifadə edə biləcəklər – belə bir ideyanı regionun Nəqliyyat Nazirliyi təklif edib. Bu güzəştdən yararlanmaq üçün sürücüyə həmin qiymətin qeyd edildiyi gündəliyi göstərməlisiniz. Çeçen dilindən bir  "beş" alan məktəbli nəqliyyatdan iki  dəfə pulsuz istifadə edə biləcək.

“Bu gündən etibarən ictimai nəqliyyatda pulsuz gedişlər Çeçenistanda "beş" qiymət alan məktəblilərə şamil ediləcək”, - deyə respublikanın Nəqliyyat Nazirliyi rəhbərinin mətbuat katibi bildirib.

Zaur Tsitsayevin sözlərinə görə, idarənin özü belə bir təşəbbüslə çıxış edib.

Qurum rəsmisi izah edib ki, yeniliyin məqsədi uşaq və gəncləri biliyə həvəsləndirməkdir.

***

Əlbəttə, bu təşəbbüs “əla” qiymət alan məktəblilərə verilən böyük dəyərdir. 

Bundan sonra ola bilsin ki, nəinki məktəblilər, xüsusilə onların valideynləri ailə büdcəsini yol pulu itkisindən qorumaq üçün övladlarının daha yaxşı oxumasına səy göstərəcəklər, hətta onları buna məcbur edəcəklər.

Pis tərəfi isə bəzən “əla” qiymətə layiq cavab verməyən şagirdlərə müəllimləri güzəşt edəcək: bəzən humanistlikdən, bəzən isə hansısa təsir nəticəsində...

JASMİN   

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN