Bir müddətdir yaşı 60 və ondan daha çox olan müəllimlərin sertifikasiya imtahanlarında könüllülük əsasında iştirak edəcəyi bildirilir.
Belə ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı qanun layihəsi hər 3 oxunuşda Milli Məclisdə qəbul olunub və həmin layihə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub. Hələlik həmin şəxslər könüllülük əsasında da imtahan verə bilməyəcəklər.
Təhsil eksperti Nadir İrsfilov bu məsələ ilə bağlı iradını bildirib.
Onun sözlərinə görə, məsələ Milli Məclis səviyyəsində müzakirələrə gedib çıxmamalıydı və vaxtında həmin müddəlar “Qaydalar”da öz əksini tapmalıydı.
“60 və 60-dan yuxarı olan müəllimlərin sertifikasiyadan azad olunub-olunmamasına, gərək bu kimi məsələlər qabaqcadan “Qaydalar”da öz əksini tapmalı idi ki, hətta Milli Məclis səviyyəsində bu qədər əlavə müzakirələ yol açmayaydı”, -deyə qeyd edib.
Y.MƏMMƏDLİ