"Niyə 50 bal toplamış və ya 83.3 faiz nəticə göstərmiş müəllimin əmək haqqısı 35 faiz artmır?"
***
Sertifikasiya imtahanları ilə bağlı bizə ünvanlanan yüzlərlə müraciətlərin bir qismi 50 bal toplamış müəllimlərimizin əmək haqqı artımları ilə bağlıdır. 
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
"Məsələ ondadır ki, 51 sualı düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısı 10 faiz artır. Haqlı sual yaranır: niyə 50 bal toplamış və ya 83.3 faiz nəticə göstərmiş müəllimin əmək haqqısı 35 faiz artmır?
Əslində, 50 bal toplamış müəllimin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil. Çünki əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirik ki, 50 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin", - deyə bildirib.
O, qeyd edib ki, yalnız 50 bal toplamış deyil, 30 baldan çox nəticə göstərmiş digər müəllimlər üçün də yeni differensial əmək haqqı artımları ilə bağlı təkliflərini elm və təhsil nazirinə təqdim ediblər.
Deputat "Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğunu və təkliflərimizə diqqətlə yanaşdıqlarını nəzərə alaraq inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq" - əminliklə vurğulayıb.
JASMİN
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN