Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2023-cü il iyulun 16-da hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.
DİM-in məlumatına görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunur. Birinci növbə imtahan saat 9:00-da başlanıb və 13:00-da bitib. İkinci növbə imtahan 15:00-da başlanır. İmtahanı bitirdikdən dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunur.
60 və daha yüksək bal toplayanlar növbəti mərhələyə buraxılır.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 17-19 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
TEZADLAR.AZ