"PAŞA Sığorta" şirkətinin təşkilatçılığı ilə keçirilmiş Hakaton müsabiqəsində BANM tələbələri birinci yerə çıxaraq 4000 manat pul mükafatı qazanıblar.
Bu barədə Bakı Ali Neft Məktəbinin rekroru Elmar Qasımov sosial şəbəkə hesabında məlumat yayıb.
O, qeyd edib ki, birinciliyi “Karma” komandası qazanıb.
“"Paşa Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
I yerin qalibi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri İsmayıl Məmmədzadə, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət "Karma" komandası olub.
II yerə "Phaster" komandası, III yerə isə "Eclipse" komandası layiq görülüb.
18-19 noyabr tarixlərində Hakaton müsabiqəsində müxtəlif universitetlərdə təhsil alan tələbələrdən ibarət komandalar yarışıblar. Ümumilikdə Hakatona 70-ə yaxın komanda müraciət edib, 33 komanda dəvət alıb, sonda isə 22 komanda finala çıxıblar”, - deyə bildirib.
Rektor qalib tələbələri təbrik edib.
JASMİN