Maksimal nəticə göstərən abituriyentlər BANA-nı seçirlər.

TEZADLAR.AZ xəbər verir ki, bu fikri BANA-nın rektoru Elmar Qasımov sosial media hesabında bildirib.

Rektorun sözlərinə görə, buraxılış imtahanlarında 300 bal toplamaqla ən yüksək nəticə göstərən Amalya Əliyeva və Fatimə Qasımova Bakı Ali Neft Məktəbində təhsil almaq arzusundadır.

“Amalya Şəki şəhər, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin, Fatimə isə Bakı şəhər, 146 saylı orta məktəbin şagirdidir. Amalya Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi, Fatimə isə Kimya mühəndisliyi ixtisasında təhsil almağı arzulayır”, - deyə qeyd edib.

Hər iki abituriyentə uğurlar arzulayan BANA-nın rektoru, onların təhsil aldığı məktəblərin müəllimlərinə də minnətdarlıq edib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN