Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı işə başlayıb.

AzTU-dan Tezadlar.az-a bildirilib ki, konfrans iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev konfransda AzTU ilə yanaşı, 25 elmi müəssisə, universitet və digər təşkilatlardan gənc tədqiqatçıların elmi məruzələrlə çıxış edəcəklərini bildirib. Rektor diqqətə çatdırıb ki, burada təqdim olunan tədqiqat işləri məqsədyönlü olmalıdır. Tədqiqatlar nəticəsində alınan nümunələrin sənayeyə transformasiyasının vacibliyini vurğulayan AzTU rəhbəri bu istiqamətdə texniki yönümlü ali məktəblərin üzərinə düşən vəzifələri də qeyd edib. O, müasir dövrdə texnologiyaların və mühəndisliyin rolu, universitetdə tədqiqatın və innovasiyaların prioritetliyi barədə fikirlərini bildirib.

Daha sonra Bakı Mühəndislik Universitetinin prorektoru Ağası Məlikov, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun şöbə rəisi Yalçın İsayev çıxış ediblər.

Konfransda AzTU-nun doktorantları Anar Hacıyev, Samir Əmirli, Nurlan Arifzadə, magistrant Əziz Süleymanov tədqiqat işləri ilə bağlı geniş təqdimat ediblər.

Bölmə iclasları ilə davam edən konfrans işini mayın 2-də yekunlaşdıracaq.

17145753015130341848_1200x630

1714575301552546414_1200x630

17145753013178440985_1200x630

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN