"Hər hansı məktəbdə ciddi sıxlıq varsa, bu problemin aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

BŞTİ müdiri bildirib ki, şənbə günü ictimai nəqliyyat işləmədiyindən müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbəri sorğu keçirərək işlərini tənzimləyə bilər: "Yəni direktorlar bu məsələdə müstəqil qərar verə bilər".

"Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər. Problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər", - deyə M.Vəliyeva vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN