Qazaxıstan Respublikasında universitet müəllimlərinin və elmi işçilərin maaşlarında artım olacaq.
Elm və təhsil müəssisələrində əmək haqqının artırılmasının ali təhsilin keyfiyyətinin yüksəldilməsinə və elmi tədqiqatların məhsuldarlığına müsbət təsir edəcəyi gözlənilir.
Elm Nazirliyi 2023-2029-cu illər üçün Qazaxıstan Respublikasında ali təhsilin və elmin inkişafı konsepsiyasına ali təhsilin keyfiyyətinin, həmçinin elmi tədqiqatların səmərəliliyinin artırılmasına yönəlmiş dəyişiklikləri açıqlayıb.
TEZADLAR.AZ kazpravda.kz -a istinadən xəbər verir ki, düzəlişlərin birinci bloku müəllim və elmi işçilərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
Xüsusilə, müəyyən dərəcəyə və elmi adlara malik müəllimlərin əməkhaqqına artırılmış aylıq əlavələr tətbiq edilib.
“Belə ki, fəlsəfə doktoru (PhD), sahəsi üzrə elmlər doktoru, elmlər namizədi elmi dərəcəs və dosent elmi adları olanlar üçün 25 MHG (Minimum hesablanmış göstəricilər- red) - 92 300 təngə (təqribən 350 AZN), elmlər doktoru və dosent elmi adı olanlara 42 MHG -155 064 təngə (təqribən 590 AZN), fəlsəfə doktoru (PhD), sahəsi üzrə doktor, elmlər namizədi, elmlər doktoru və professor elmi adı olanlar üçün - 50 MHG -184 600 təngə (təqribən 700 AZN)” əlavə ödəniş ediləcək, - qurumdan bildirilib.
Eyni əlavə ödənişlər əsas iş yerində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan alimlərə də şamil ediləcək.
Nazirlik əlavə edib ki, yaşı 40-a qədər olan gənc alimlər ali və (və ya) ali təhsildən sonrakı təhsil zamanı da ianə fondunun investisiya gəlirləri hesabına təqaüd almaq üçün müraciət edə bilərlər.
JASMİN