Bu gün uşaqlar arasında disleksiya (öyrənməkdə çətinlik) geniş yayılmış bir problemdir.

Bu, həm valideynlər, həm də müəllimlər üçün narahatlıq doğuran bir vəziyyətdir və uşağın gələcək təhsili üçün böyük bir maneə yarada bilər. Bəzi valideynlər, bu problemi elmi şəkildə bilmədikləri üçün övladlarının digər uşaqlar kimi oxuya, yaza və anlaya bilməməsini sərt şəkildə tənqid edirlər.

 Bəs, bu problemin həll yolları nələrdir?

TEZADLAR.AZ xəbər veriri ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən pedaqoq Aysel Rəsuzlzadə vurğulayıb ki, valideynlər üçün övladlarında disleksiya əlamətlərini hiss etmək və bu problemi qəbul etmək çox çətindir.

 “Dövrümüzdə uşaqlar arasında geniş yayılmış problemlərdən biri də disleksiyadır. Disleksiya, uşaqların öyrənməkdə, yazmaqda və anlamaqda çətinlik çəkməsidir. Uşaqlarla işləyən, onlarla mütəmadi münasibətdə olan valideynlər və müəllimlər, bu problemi aşkar edə bilərlər. Bu baxımdan, valideynlər və uşaqlarla işləyən mütəxəssislərin disleksiya haqqında kifayət qədər məlumatlı olmaları vacibdir”.

 Pedaqoq, disleksiyanın əlamətlərindən də danışıb:

 “Uşaq yazı yazma bacarıqlarından məlumatlı deyilsə, oxuma sürəti digər yoldaşlarından aşağıdırsa, rəngləri qarışdırırsa, sağ və sol tərəfləri qarışdırırsa, mətndə sözlərin yerini dəyişdirirsə və mətni anlamada çətinlik çəkirsə, bunlar disleksiyanın bariz nümunələridir.

 Lakin valideynlər unutmamalıdır ki, bu problemin üzərinə erkən yaşda düşülərsə, qarşısını almaq mümkündür. Bu baxımdan, valideyn və müəllim kifayət qədər məlumatlı deyilsə, mütəxəssislərdən yardım istənilməsi vacibdir”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN