Qızın atası iddia edir ki, buna səbəb qızını həmin müəllimin yanına pullu hazırlığa göndərməməsi olub...
Özbəkistan Respublikasında müəllim ibtidai sinif şagirdinin əlinə iynə batıraraq tualetə getməyə imkan verməyib.
Qızın atası bunun səbəbinin əlavə dərslər üçün 50 min sum (təqribən 8 manat-red) ödəməkdən imtina etməsi olduğunu bildirib.
Uşaq Ombudsmanı baş verənlərlə bağlı vəziyyəti öyrənir.
TEZADLAR.AZ gazeta.uz-a istinadən xəbər veririk ki, məktəbdə uşağa qarşı baş verən zorakılıq hadisəsi Sırdərya rayonunda baş verib.
Belə ki, baş verən hadisə sosial şəbəkələrdə 27 saylı məktəbdə birinci sinifdə (1 E sinfində) oxuyan qız atasının yaydığı müraciətdən sonra ictimailəşib.
O, bildirib ki, Gözəl adlı müəllim qızının əllərini iynə ilə sancıb, onu tualetə buraxmayıb və sinifin qapısını bağlayıb.
Belə ki, o, qıza psixoloji təzyiq göstərib. Ata hesab edir ki, buna səbəb əlavə dərslər üçün 50 min sum ödəməkdən imtina etməsidir. O şagirdlərin iynə ilə cəzalandırıldığını deyib.
Uşaq Ombudsmanı Sürəyyo Rəhmonovanın ofisindən bildirilib ki, vəziyyət öyrənilir və rayon polis şöbəsi müəllimin hərəkətləri ilə bağlı istintaqa qədərki yoxlamaya başlayıb.
Qızın yaralarının dərəcəsini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
JASMİN