Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəlikləri Salyan, Hacıqabul, İmişli və Ucar rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində fəaliyyətə başlayıb.

Açılış mərasimlərində rayon icra hakimiyyətlərinin, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və region gəncləri iştirak ediblər.

Açılış tədbirləri gənclərlə söhbət və mərkəzlərlə tanışlıqla başlayıb. Sonra rəsmi nümayəndələr çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduqları, bunun böyük mənəvi və psixoloji mənasının olduğunu xüsusilə vurğulayıblar.

Daha sonra nümayəndəliklərin direktorları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış zəfər fonunda mühüm bir tarixi dövrdə yaşadığımızı xüsusi olaraq vurğulayaraq, ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, GİKM nümayəndəliklərində gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar. Açılış tədbirlərində iştirak edən gənclərə həmçinin, “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramı haqqında məlumat verilib, onlar bu proqramlara qoşulmağa dəvət ediliblər.

Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış imkanlardan tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi sərəncama uyğun olaraq, GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək istiqamətində qurulub.

Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.

Bununla da, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 50-yə çatıb. Bu ilin sonunadək ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.

Qeyd edək ki,  Gənclərin İnkişaf və Karyera Mərkəzi  (GİKM) 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır.

Əsas məqsəd:

• Gənclərin karyera və peşə seçimlərini dəstəkləmək;
• Gənclər hərtərəfli inkişafını təmin etmək;
• Dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənclərə aşılamaq;
• Gənclərin sosiallaşma vərdişlərini formalaşdırmaq;
• Peşəkar həyata doğru yönləndirmək;
• Gənc istedadları üzə çıxarmaq və inkişaf etdirmək;
• İctimai fəal gənclər yetişdirmək;
• Gənclər arasında könüllülüyün inkişafını təmin etmək.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN