Özbəkistan ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) 385 min məktəb dərsliyi və müəllimlər üçün təlimatlar alıb.

5-11-ci siniflərdə “İnformatika və informasiya texnologiyaları”, 1-11-ci siniflərdə isə “İngilis dili xarici dil kimi” fənləri üzrə dərslikləri  Namanqan və Sırdərya rayonlarının 208 ümumtəhsil məktəbinə veriləcək.  “Cambridge University Press” nəşriyyatı tərəfindən hazırlanmış  tədris materiallarınnı qiyməti 10 milyon dollardır.

Qeyd edək ki, bu kitablar,  şagirdlərin təlim nəticələrini yaxşılaşdırmaq üçün Xalq Təhsili Nazirliyi ilə birgə pilot proqramı çərçivəsində verilib.

Gələcəkdə dərsliklər müəllimlərin rəyi əsasında təkmilləşdiriləcək  və Xalq Təhsili Nazirliyi tərəfindən Özbəkistanda 2022 -2023 –cü tədris ilindən başlayaraq,  ümummilli yayılması üçün nəşr olunacaq.

Respublikanın təhsil mərkəzinin direktoru Şuxrat Sattarov  bu yüksək keyfiyyətli  dərsliklərin,  Özbəkistanın təhsil sisteminə tənqidi düşünmə, problemi həll etmə və praktiki bacarıqlara malik savadlı və istedadlı məzunlar yetişdirməyə kömək edəcəyini və bu da onlara məktəbdə və həyatda uğur qazanmağa imkan verəcəyini söyləyib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN