Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix - Coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri,

tarix elmləri doktoru Sevinc Əliyevanın “Rusiyada türk vətəndaşları: təqib və işgəncə həyatı (1877-1953)” adlı yeni monoqrafiyası işıq üzü görüb.

Kitab Rusiya İmperiyası ərazisindəki türk vətəndaşlarının taleyinə həsr olunub. Rusiya hökuməti türk vətəndaşlarının (Türkiyəyə gedən, sonra isə vaxtaşırı öz vətənlərində qayıdan səyahətçilərin, mühacirlərin, Türkiyədə təhsil almış rus müsəlmanlarının, müəllimlərin, mollaların, dərvişlərin, sərgərdanların) öz ərazilərində hərəkətini diqqətli bir şəkildə izləyir və elanların yayılması və məlumatların toplanması məsələsində onlara şübhə ilə yanaşırdı. Müəllif geniş mənbələrə əsaslanaraq 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən 1953-cü il Stalinin vəfatına qədər olan müddətdə Rusiyadakı türk təbəələrinin həyatını tədqiq edib. Türkiyə vətəndaşları və bu və ya digər şəkildə Türkiyə və türk təbəələri ilə əlaqədə olan və ya onlarla əlaqədə olanların müəyyən edilməsi, izlənilməsi və onlara qarşı müxtəlif tədbirlərin görülməsi prosesi ətraflı şəkildə təhlil edilib.

Moskvanın “Maska” nəşriyyatı tərəfindən çap olunan əsərin redaktoru Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun Ümumi tarix şöbəsinin müdiri tarix elmləri namizədi Eldar Abbasov, rəyçisi isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Asiya və Afrika İnstitutunun Orta və Yaxın Şərq Tarixi kafedrasının dəvətli professoru, tarix elmləri doktoru Mehmet Perinçek olub.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN