Hər il olduğu kimi, bu il də Türkmənistanın birinci sinif şagirdlərinə  noutbuklar hədiyyə ediləcək.

Uzun illər əvvəl Qurbanqulu Berdiməhəmmədov noutbukları birinci sinif şagirdlərinə hədiyyə etmək ənənəsinə malikdir. Əvvələr bu noutbukları xaricdən alırdılar, amma indi Türkmənistan bu noutbukları özü istehsal edir.

Türkmənistan Prezidentinin qərarına əsasən, Türkmənistanın birinci sinif şagirdlərini 2021/2022-ci tədris ilində  noutbuklarla təmin etmək məqsədilə  "Agzybirlik tilsimaty" birgə müəssisəsi noutbuklar istehsal edəcəkdir.Qərara əsasən, 161 739 kompyuter istehsal ediləcək və onlar 25 avqust 2021-ci il tarixinədək təhsil müəssisələrində quraşdırılacaqdır.

Proqram təminatı və təhsil məzmunu ilə müəyyən edilmiş daha mükəmməl "Bilimli" modeli hərtərəfli ekspertizadan keçmiş və bəyənilmişdir. Bir sözlə, "Bilimli" tədris ilinin başlanğıcında uşaqların bələdçisi olacaq.

"Türkmənistan.Ru" saytının verdiyi xəbərə görə, sentyabrın 1-də Türkmənistan məktəblərində bütün birinci sinif şagirdləri noutbuk  hədiyyə alacaqlar. Verilən məlumata görə, bu il 100 min uşaq birinci sinfə gedəcək və onların hamısı noutbukla təmin ediləcək. Dövlət bu məqsədlər üçün 26 milyon dollar xərcləyəcəkdir.

Analoji aksiya Gürcüstanda da təşkil edilib. "Novosti-Gürcüstan" agentliyinin məlumatına görə, orada yeni tədris ilində 60 minə qədər birinci sinif şagirdi kompüter alacaq. Uşaqlara yerli zavodda yığılan netbuklar paylanılacaq (zavod iyul ayının sonunda Intel şirkəti ilə birgə açılıb). Netbuklara müxtəlif fənlər üzrə tədris proqramları yüklənəcək…

Sizi bilmirəm, mən bu məlumatı oxuyanda çox pis oldum və bu ideyanın, ənənənin bizdə niyə olmamasını götür-qoy etdim və fikirlərimi sizinlə bolüşmək istəyirəm:

Hamımıza məlumdur ki, indi qabaqcıl texnologiyalar, kompüter dövrüdür. İndi elə bir sahə, elə bir yer yoxdur ki, orada kompüterdən istifadə edilməsin. Hətta müasir hərbi silahlar belə kompüterləşdirilib və biz bunu 44 günlük müharibədə PUA-ların idarə edilməsində  gördük.

 Kompüterin tətbiq ediləcəyi ən vacib sahələrdən biri də təhsil sistemidir. Dünyanı bürüyən koronavirus və pandemiya elan edilməsi nəticəsində məktəblər bağlandı, müəssisələr işləmədi. Demək olar ki, bütün fəaliyyət növləri, o cümlədən təhsil sistemi onlayn xidmə keçdi. Bunun üçün müxtəlif proqramlar yaradıldı və milyonlarla insanların ixtiyarına verildi. Azərbaycanda da onlayn sistemi geniş tətbiq edilməyə başladı. Ancaq,bu istiqamətdə  neqativ hallar daha çox müşahidə edildi. Neqativ hal isə məktəblilərdə kompüterin olmamasıdır. Onlayn dərsləri valideynin, yaxud qohum- əqrəbanın mobil telefonları ilə keçən şagirdlərin halını təsəvvür edirsinizmi? Təhsil nazirliyi mobil telefonla onlayn dərsdə “oturan” şagirdin riyaziyyatı,fizikanı, bir sözlə digər fənləri necə qavraya biləcəyi barədə düşünüblərmi? Bu təhsil deyil,üzr istəyirəm, baş qatmaqdır, yola verməkdir.

 Türkmənistanda,Gürcüstanda hər il 1-ci sinif şagirdlərinə dövlət tərəfindən noutbuk həddiyə etmək ənənəvi hal alıb. “Bəyin oğurlanması” filmində deyildiyi kimi, “Bəs o əjdahadan bizdə niyə yoxdu?” Doğrudan da, niyə yoxdu?  İldə 100 min 1-ci sinfə gedən məktəbliləri kompüterlərlə təmin etmək üçün iqtisadi potensialımız da var, imkanlarımız da. Sadəcə olaraq, bu ideyanı reallığa çevirmək istəyi olmalıdır. Ümid edirik ki, səlahiyyətli orqanlar bu məsələ ilə məşğul olacaq və yeni dərs ilində birinciləri sevindirəcəklər.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN