AMEA Rəyasət Heyətinin fevral ayının 14-də keçirilən iclasında akademik Ramiz Mehdiyev yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini bildirdi

Nizamnaməyə uyğun olaraq Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirildi. Səsvermədə Ramiz Mehdiyevin müraciəti qəbul olundu və bununla da uzun zamandı istefaya getməsi ilə bağlı çağırışlar edənlər sakitləşdi...

AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova tapşırıldı.

O zamandan iki aya yaxın vaxt keçməsinə baxmayaraq, AMEA Ramiz Mehdiyevin yerinə hələ də seçim edə bilməyib və əslində seçimə gedəcəyi də gündəmdə deyil və yaxın zamanda gözlənilmir də...

Bu barədə KİV-in sorğusunu cavablandırarkən AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov bildirib.

O, bildirib ki, aprelin 27-də keçiriləcək iclasda yalnız hesabatı müzakirə edəcəklər və AMEA-ya prezident seçkilərinin nə zaman keçiriləcəyi barədə məlumatı yoxdur..

Lakin o, sorğunu cavablandırarkən ipucu da verib “…Digər sahələrdə olduğu kimi, AMEA-da da gəncləşdirmə siyasəti aparılır”.

Akademikin sözlərindən belə görünür ki, AMEA-nın prezidenti kreslosuna da daha gənc kadrın gətirilməsi gözlənilir. AMEA-nın Nizamnaməsinə görə isə prezident vəzifəsinə yalnız Akademiyanın həqiqi üzvlərindən biri seçilə bilər.

Biz də Akademiyanın həqiqi üzvlərinin yaşına nəzər saldıqda gənc kadr tapmaq istədik. “Təzadlar” ötən yazılarında Akademiyanın həqiqi üzvlərinin siyahısını dərc etmişdi. Siyahını təqdim edirik:

Abbasov Əli Məmməd oğlu – 69 yaş

Abdinov Cavad Şahvələd oğlu – 82 yaş

Abbasov Vaqif Məhərrəm oğlu – 70 yaş

Abdullayev Kamal Mehdi oğlu – 72 yaş

Axundova Nərgiz Çingiz qızı – 63 yaş

Bünyadov Teymur Əmiraslan oğlu – 94 yaş

Babazadə Vasif Məmməd Ağa oğlu – 84 yaş

Babayev Məhərrəm Pirverdi oğlu – 85 yaş

Baxşəliyeva Gövhər Baxşəli qızı – 68 yaş

Cəfərov Nizami Qulu oğlu – 63 yaş

Cəfərov Təyyar Cümşüd oğlu – 83 yaş

Eldarov Ömər Həsən oğlu – 95 yaş

Əliyev Ağadadaş Mahmud oğlu – 82 yaş

Əliyev Cəmil Əziz oğlu – 76 yaş

Əliyev Fikrət Əhmədəli oğlu – 73 yaş

Əliyev Telman Abbas oğlu – 87 yaş

Əliyev Seyfəddin Vəli oğlu – 92 yaş

Əlizadə Akif Ağa Mehdi oğlu – 88 yaş

Əmiraslanov Əhliman Tapdıq oğlu – 75 yaş

Əliquliyev Rasim Məhəmməd oğlu – 64 yaş

Əliyev Fuad Yusif oğlu – 72 yaş

Ələkbərov Urxan Kazım oğlu – 79 yaş

Əlizadə Validə Mövsüm qızı – 76 yaş

Fərzəliyev Vaqif Məcid oğlu – 83 yaş

Feyzullayev Əkpər Əkbər oğlu – 77 yaş

Hacıyev İsmayıl Muxtar oğlu – 71 yaş

Həşimov Arif Məmməd oğlu – 73 yaş

Həbibbəyli İsa Əkbər oğlu – 73 yaş

Hacıyev Asəf Hacı oğlu – 71 yaş

Hüseynova İradə Məmməd qızı – 57 yaş

Hüseynov Rafael Baba oğlu – 68 yaş

İmanov Muxtar Kazım oğlu – 67 yaş

Kərimli Teymur Həşim oğlu – 69 yaş

Quliyev İbrahim Said oğlu – 75 yaş

Qəribov Adil Abdulxalıq oğlu – 72 yaş

Qədirov Fəxrəddin Əbülfət oğlu – 72 yaş

Məmmədov Qərib Şamil oğlu – 75 yaş

Məhərrəmov Abel Məmmədəli oğlu – 72 yaş

Məmmədov Nazim Timur oğlu – 69 yaş

Mehdiyev Məhəmməd Fərman oğlu – 81 yaş

Məmmədov Pərviz Ziya oğlu – 85 yaş

Məcidov Əjdər Əkbər oğlu – 84 yaş

Mustafayev Şahin Məcid oğlu – 60 yaş

Mahmudov Yaqub Mikayıl oğlu – 83 yaş

Məmmədov Yusif Əbülfət oğlu – 72 yaş

Nağıyev Tofiq Murtuza oğlu – 81 yaş

Nağısoylu Möhsün Zellabdin oğlu – 76 yaş

Paşayev Arif Mir-Cəlal oğlu – 88 yaş

Paşayeva Nərgiz Arif qızı – 60 yaş

Rizayev Ramiz Həsən Qulu oğlu – 83 yaş

Rüstəmov Musa İsmayıl oğlu – 92 yaş

Salayev Eldar Yunus oğlu – 89 yaş

Salmanov Məmməd Əhəd oğlu – 90 yaş

Səmədzadə Ziyad Əliabbas oğlu – 82 yaş

Səfərova Zemfira Yusif qızı – 85 yaş

Talıbov Tariyel Hüseynəli oğlu – 83 yaş

Tağıyev Dilqəm Bəbir oğlu – 72 yaş

Vəlixanlı Nailə Məmmədəli qızı – 82 yaş

Yusifzadə Xoşbəxt Bağı oğlu – 92 yaş

 (Ramiz Mehdiyev istefaya getdiyi üçün onun adını siyahıdan çıxartdıq).

Siyahıdakıların yaşına nəzər saldıqda, belə məlim olur ki, “gəncləşmə aparılır” deyiləndə də yaşı 70-dən az olanlar nəzərdə tutulub.

Görünür, Akademiyanın hələ də seçimlərə tələsməməsinin səbəblərindən biri də o “gənc kadrı” hələ də müəyyən edə bilməməsidir...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN