Tərtər rayonunun təhsil sistemindən narazılıqların ardı-arası kəsilmir. Bu narazılıqlar əsasən sosial şəbəkələrdə yayılır və ictimaiyyətin qınaq obyektinə çevrilir. Bu günlərdə yayılan belə narazılıqlar sırasında məktəbdə adı olub, özü olmayan şagirdlərlə bağlı məlumatlar yer alıb.

Məlumata görə, son günlər Tərtər Rayon Təhsil Şöbəsində məktəb direktorlarına rəhbəri olduqları təhsil ocaqlarına pul yığılmaması ilə bağlı iltizama qol çəkdirirlər.

Belə bir iddia ilə "Təhsil Şikayətləri" qrupunda Elnur Məmmədov adlı istifadəçi çıxış edib.

Əslində, pul yığılmasının qarşısının alınması üçün məktəb direktorlarından iltizam alınması yaxşı haldır. Amma E.Məmmədov bu niyyətinn də sağlam maraqlara xidmət etmədiyini bildirir.

Belə ki, narazı vətəndaş elə həmin təhsil şöbəsindəki özbaşınalıqlardan söz açır: "Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Nuranə Abdullazadənin özü pul yığmaqda davam edir. Rayonun məktəblərində 25-dən çox uşağın adı yazılsa da, onlar Bakıda yaşayırlar. Onlara Tətərdəki 1 nömrəli, Şıxarx, Sarov, Seydimli kəndlərindəki məktəblərdə qiymətlər yazılsa da, adları həmin məktəblərdə getsə də, özləri Bakıda, Sumqayıtda yaşyırlar...".

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc ertməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN