Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşunaslıq və aqrokimya fakültəsinin lV kurs tələbələri mart ayının əvvəlindən başlayaraq  AXA-nın Mərkəzi Laboratoriyasında 3 ay müddətinə istehsalat təcrübəsi keçirlər.

Qeyd edək ki, istehsalat təcrübəsi ADAU ilə AXA arasında bağlanmış ikitərəfli müqavilə əsasında həyata keçirilir..

Təcrübənin başlanğıcında ilkin olaraq tələbələrə laboratoriyada olan müasir tipli cihazlar haqqında ətraflı məlumat verilib və laboratoriyada analizlərin aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması və reaktivlərdən düzgün istifadə qaydaları öyrədilib.

İstehsalat təcrübəsi zamanı tələbələr laboratoriyada istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, torpaq və su analizlərinin gedişatı ilə yaxından tanış olurlar. Təcrübə zamanı tələbələrə müstəqil şəkildə praktik işləri yerinə yetirmək bacarığı və vərdişləri öyrədilir.

3 ay davam edəcək təcrübə müddətində torpaq mülkiyyətçilərinin təqdim etdiyi torpaq nümunələrində elektrik keçiriciliyi, mexaniki tərkibi, humusun, fosforun, azotun , kaliumun  təyini kimi bir sıra analizlərin tələbələrə öyrədilməsinəzərdə tutulur.

Mayın 24-dək davam edəcək istehsalat təcrübəsi tələbələrdə zəruri olan praktiki vərdişlərin yiyələnməsində və yüksək ixtisaslı kadrların formalaşmasında mühüm rol oynayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN