Ukraynada koronavirusa yoluxma halları artmağa başlayıb.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 29-dan sentyabrın 4-dək Ukraynada 16 min 155 yeni təsdiqlənmiş COVID-19 virusu aşkarlanıb, onlardan 2 min 24-ü uşaq, 377-si tibb işçisidir. Koronavirusa yoluxanların 3868-i xəstəxanaya yerləşdirilib, 44 nəfəri virusun qurbanı olub.

Bundan əlavə, son bir həftə ərzində 50 min 55 nəfər peyvənd olunub. Verilmiş bütün peyvəndlərin 30,8 faizi birinci doza, 8,2 faizi ikinci doza, 57,6 faizi birinci gücləndirici doza, 3,4 faizi isə ikinci gücləndirici dozalar olub.

Ukraynada pandemiya dövrü ümumilikdə 5 milyon 72 min 533 nəfər koronavirusa tutulub, onlardan 4 milyon 935 min 472 nəfəri sağalıb, 108 min 885-i isə həyatını itirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN