Artıq ictimai yerləri ziyarət etmək üçün PSR test sertifikatı tələb olunmur və sağlamlıq kodları da yoxlanılmır

Bir müddətdir ki, Çinin böyük şəhərlərində karantin əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyaçılar Urumçi şəhərində baş verən yanğın zamanı 10 nəfərin ölümünə koronavirus qadağalarının səbəb olduğunu bildirirlər.

 Çin COVID-19 -un yayılması ilə əlaqədar ölkədə tətbiq olunan qabaqlayıcı məhdudlaşdırıcı tədbirləri yumşaldıb. Bu barədə Çin Xalq Respublikasının gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bu qərar ölkənin böyük şəhərlərini bürümüş karantin əleyhinə kütləvi etirazlar fonunda qəbul edilib.

***

Qeyd edək ki, noyabrın sonuna yaxın Pekinin xəstəliklərə  nəzarət və qarşısının alınması mərkəzi bildirmişdi  ki, Covid-19-a yoluxma hallarının sayının artması fonunda epidemiyaya qarşı mübarizə tədbirlərini optimallaşdırmaq lazımdır.

Şəhər hakimiyyət nümayəndələrinin sözlərinə görə, Pekinin yüksək epidemioloji risk zonalarında yerləşən yaşayış komplekslərində qapı və girişləri bloklamaq qadağandır.

Girişlər tibbi nəqliyyat, təcili evakuasiya və təcili yardım üçün açıq olaraq qalmalıdır.

Həmçinin onu da qeyd edək ki, bir həftə öncə  ÇXR-nın Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə,  ölkədə 40 minədək yoluxma halı müəyyən edilmişdi və hökumət buna görə profilaktik tədbirlərə başlamışdı.

***

Beləliklə, artıq Pekin yüksək risk zonalarını ərazi-inzibati vahidlər üzrə deyil, binalar, mənzillər, mərtəbələr və ev təsərrüfatları üzrə tətbiq edib. Hakimiyyət nümayəndələri, həmçinin simptomları olmayan koronavirus infeksiyası olan insanlara evdə özünü təcrid etmək və ya könüllü mərkəzləşdirilmiş karantin arasında seçim etməyə icazə verdi.

Bundan əlavə, işi infeksiyaya yoluxdurma riski daşımayan, yəni uşaqlar və yaşlılarla təması bağlılığı olmayan vətəndaşlar da məcburi PSR test yoxlamasından azad edilib. Artıq ictimai yerləri ziyarət etmək üçün PSR test sertifikatı tələb olunmur və sağlamlıq kodları da yoxlanılmır. İstisnalar yalnız qocalar evləri, tibb müəssisələri, məktəblər və uşaq bağçalarıdır.

Xatırladaq ki, noyabrın sonundan Pekində və Çinin bir sıra digər iri şəhərlərində etiraz aksiyaları davam edir. Etirazlar  Urumçi şəhərində baş verən yanğında 10 nəfərin ölümündən sonra baş qaldırıb.  Sonradan bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən hərəkət məhdudiyyətləri səbəbindən insanları xilas etmək mümkün olmayıb.

Azərbaycanda da hər gün koronavirusa yoluxma halı qeydə alınır.

Ötən gün ölkəmizdə 62 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 824 574 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 298 nəfər müalicə olunaraq sağalıb, hazırda 292 aktiv xəstə var. Bu günə qədər 9 984 nəfər vəfat edib.

 JASMİN 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN