Dietoloqdan xəstələrə məsləhət
“Haşlanmış, bişmiş və ya buxarda hazırlanmış kotletlər, küftələr, balıq və toyuq mükəmməldir. Tam zülal orqanizmin immun qüvvələrini bərpa etməyə kömək edəcək”, - o bildirib.
Mütəxəssis sürətli sağalma üçün tərkibində antioksidant olan tərəvəz və giləmeyvə yeməyi də tövsiyə edir. Bundan əlavə, D və C vitaminləri yüksək olan qidalar da lazımdır: treska ciyəri, itburnu, bibər, duzlu kələm.
Yelena Solomatina xəstəlik zamanı fast food, yağlı və qızardılmış qidalardan, həmçinin çox miqdarda şəkər və duzdan imtina etməyi şiddətlə tövsiyə edir.