Fransada pensiya etirazlarının ardınca, Gürcüstanda da həkimlər etiraz aksiyasına qalxdı...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, "Respublika xəstaxanası bizim evimizdir” – adlı şüarla xəstəxananın həyətində həkimlər etiraz aksiyası keçiriblər. Belə ki,  aksiyada həm Respublika Xəstəxanasının, həm də digər klinikaların həkimləri iştirak ediblər. Aksiyaya qatılan həkimlər, Respublika xəstəxanasının binasının sökülərək əvəzində yenisinin tikilməsi ilə bağlı hökumətin qərarına etiraz ediblər. Aksiya iştirakçıları Səhiyyə Nazirliyinə etimadsızlıqlarını bildirir və qeyd edirlər ki, klinikanın sökülməsinə ehtiyac yoxdur. Həkim Nino Xaçapuridzenin sözlərinə görə, tikinti işləri ilə əlaqədar həkimləri başqa klinikaya köçürmək çox perspektivsiz bir addımdır və işlər mərhələli şəkildə aparıla bilər.

 Həkimlərin etiraz aksiyasına bu şəkildə qoşulması olduqca maraqlıdır. Halbuki bu işləri elə etmək olardı ki, etirazlara səbəb olmasın. 

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN