Avropa parlamentinin deputatı sabiq prezident Mixeil Saakaşvilinin müalicə edilməsi ilə bağlı Aİ ölkələrindən hər hansı birinə köçürülməsi üçün Gürcüstan prezidentinə, baş nazirə və ölkə parlamentinin sədrinə müraciət ünvanlayıblar.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, sözügedən müraciət mətninə 44 Avroparlmanetari imza atıb. “Biz, aşağıda imzası olan Avropa Parlamentinin üzvləri, keçmiş prezidentin səhhətinin sürətlə və ciddi şəkildə pisləşməsini açıq-aydın göstərən onlayn məhkəmə iclasından yayılan narahatedici əyani sübutlardan dərin sarsıntı və narahatlığımızı bildirmək üçün sizə müraciət edirik. Cənab Saakaşvilinin səhhətinin pisləşməsi açıq şəkildə göstərir ki, onun barəsində görülən hazırkı tibbi tədbirlər şəxsin tezliklə sağalmasını nə təmin edir, nə də asanlaşdırır. Buna görə də, bu vəziyyətin kritik mərhələyə çatmazdan dərhal əvvəl aradan qaldırılması üçün təcili tədbirlərin görülməsi çox vacibdir. Cənab Saakaşvilinin səhhətinin sürətlə pisləşməsini nəzərə alaraq, biz, aşağıda imzası olan Avropa Parlamentinin üzvləri, təcili olaraq, sizi yeganə mərhəmətli, mənəvi cəhətdən ədalətli və icra edilə bilən qərarı dəstəkləməyə çağırırıq - keçmiş prezident Saakaşvilinin Aİ üzvü olan dövlətə köçürülməsi, lazımi və müvafiq tibbi yardım ala biləcəyi yerdə müalicə edilməsi vacibdir",- deyə bəyanatda bildirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN