Sankt-Peterburqda xəstəxananın təcili yardım otağında iki kişi dava edib.

Tezadlar.az xəbər verir ki, REN TV-nin əldə etdiyi məlumata görə, bundan sonra münaqişənin hər iki tərəfi neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Telekanalın həmsöhbəti bildirib ki, dekabrın 25-nə keçən gecə xəstəxananın təcili yardım otağında 48 yaşlı kişi ilə 36 yaşlı rəqibi arasında mübahisə baş verib. Münaqişənin nədən qaynaqlandığı müəyyənləşdirilir.

“Kişilər arasında baş verən dava nəticəsində onların hər birinə tibbi yardım lazım olub, davanın iki iştirakçısı müxtəlif bədən xəsarətləri ilə Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib”, – mənbə bildirib.

Onların vəziyyəti ilə bağlı məlumat dəqiqləşdirilir. Həmçinin, telekanalın həmsöhbətinin sözlərinə görə, cinayət işinin başlanması məsələsi həll olunur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN