Səhiyyə Nazirliyinin bazar günü verdiyi məlumata görə, xəstələr yüksək hərarət, sümük ağrıları, qusma və başgicəllənmədən şikayət edirlər.

Misirdə Qena əyalətinin Əl-Əlikat kəndinin bir qrup sakinində naməlum xəstəliyin əlamətləri aşkarlanıb.

“Şikayətlərin öyrənilməsi üçün profilaktik-tibbi yardım və epidemioloji nəzarət üzrə qruplar göndərilib, xəstələrdən analizlər götürülüb”, - deyə qurumun rəsmi “Facebook” səhifəsində bildirilir.

Misir səhiyyə nazirliyinin məlumatına görə, xəstələrin heç birində xəstəxanaya yerləşdirmə tələb olunmayıb.

 “Əl-Əhram” qəzetinin məlumatına görə, səlahiyyətlilər kəndə həkimləri olan 50-yə yaxın avtomobil göndərib, içməli sudan nümunələr götürülüb.

 Yerli nəşrlərin istinad etdiyi müxtəlif mənbələrə görə, 200-dən minə qədər kənd sakini naməlum xəstəliyin əlamətlərindən şikayətlənir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN