“The Economic Times” Ümumdünya Səhiyyə Təşkilatına istinadən yazır ki, daha əvvəl Hindistanda aşkar edilmiş koronavirusun yeni alt variantı Böyük Britaniya və ABŞ-da sürətlə yayılır. Qeyd edilir ki, o, “omikron” ştammından gəlir və qeyri-rəsmi “Eris” adını alıb.

Alimləri onun yayılma sürəti və yoluxanların sayının artması narahat edir.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin hesablamalarına görə, iyulun ortalarında mutant bütün koronavirus hadisələrinin 14,55%-nə səbəb olub və bu gün artıq hər beş COVID-19 hadisəsində aşkar edilib. Bu, 17 iyul və 23 iyul tarixləri arasında xəstəxanaya müraciətlərdə 12% artımla bu gün ABŞ-da koronavirusun ən çox yayılmış alt növüdür.

Konsorsiumun keçmiş rəhbəri və ÜST-ün virusların təkamülü üzrə məsləhətçi qrupunun sədri Anuraqa Aqravala bildirib ki, immunitetin azalması və ondan yayınan yeni mutasiyaların inkişafı ilə yoluxma faktlarında vaxtaşırı artım müşahidə olunacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN