Son günlər əhali arasında qrip virusu kəskin yayılıb.

Havanın kəskin dəyişməsi, temperaturun aşağı düşməsi səbəbindən virusa yoluxan insanların sayı arta bilər. Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.

Bəs bu il Azərbaycana yenidən qripə qarşı vaksin gətiriləcək? Yenidən peyvəndlənmə gözlənir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən trend-ə bildirilib ki, ölkəyə yenidən qrip əleyhinə vaksinlər gətiriləcək.

"Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub", - deyə qeyd edilib.

 Xatırladaq ki, cari ilin yanvar ayında səhiyyə naziri Teymur Musayev əhalini qrip əleyhinə vaksinasiya olunmağa çağırıb.

"Səhiyyə Nazirliyi vasitəsilə ölkəyə mövsümi qrip əleyhinə vaksin gətirilib, ilkin səhiyyə xidməti göstərən bütün müəssisələrə, TƏBİB tabeçiliyindəki Ailə Sağlamlıq mərkəzlərinə, şəhər və rayon poliklinikalarına paylanılıb, saxlanılma qaydalarına ciddi nəzarət olunur. Fürsətdən istifadə edərək bütün yaşlı əhalini və ciddi xəstəliyi olan şəxsləri vaksinasiya olunmağa çağırıram", - deyə nazir əlavə edib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN