Məlum olduğu kimi, hər il sentyabrın üçüncü şənbə günü dünyanın bir çox ölkəsində əraziləri zibildən təmizləmək və davamlı təmizliyi qorumaq üçün geniş ictimaiyyətin, medianın, dövlət və biznes strukturlarının səylərini birləşdirmək məqsədilə Ümumdünya Təmizlik Günü - ekoloji kampaniyası keçirilir.

Bu aksiya öz başlanğıcını 2008-ci ildə Estoniyada keçirilən “Gəlin bunu edək!” hərəkatından götürüb. Belə ki, həmin il 50 min könüllü 5 saat ərzində ölkəni utilizasiya və təkrar emala göndərilən 10 min ton zibildən təmizləyib. Bir neçə il sonra aparılan monitorinqlər göstərdi ki, kütləvi təmizləmədən sonra ərazilərin çirklənməsi 75 faiz azalıb. Həmin uğurlu təcrübə digər ölkələri də ruhlandırdı. 2018-ci ildə bu ekoloji tədbir ilk dəfə olaraq 158 ölkədə eyni gündə keçirildi. O vaxtdan bəri hər il sentyabrın üçüncü şənbə günü Ümumdünya Təmizlik Günü qeyd edilir.

Könüllü vətəndaş aksiyası çərçivəsində hər kəsin iştirak edə biləcəyi kütləvi təmizlik günləri və maarifləndirici tədbirlər nəzərdə tutulur. Bundan əlavə, təmizlənmədə təbii ərazilərə - meşələr, su hövzələrinin sahillərinə diqqət yetirilir və mümkün olduqda tullantıların ayrıca toplanması təşkil edilir. Həmçinin tədbirin yerli təşkilatçıları maarifləndirici kampaniyalar təşkil edir, tullantıların müasir idarə olunması sistemini, ayrıca toplanması və təkrar emalını, ekoloji cəhətdən təmiz həyat tərzini təbliğ edirlər.

Azərbaycan da həmin beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Bu il də keçiriləcək aksiyada ümumilikdə 1000-ə yaxın könüllünün iştirakı nəzərdə tutulub.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN