Ümumiyyətlə, Rusiyada Kəskin respirator virus infeksiyası (KRVİ), qrip və COVID-19-a yoluxma hallarının payız artımı ilə bağlı məhdudiyyətlərin tətbiqi planlaşdırılmır.

“Rospotrebnadzor” xəbər verir ki, qurumlar yerli profilaktik tədbirləri elan edə bilərlər.

"Ciddi səbəblər olmadığı halda, məsələn, maska ​​rejimi kimi məhdudlaşdırıcı tədbirlərin tətbiqi planlaşdırılmır. Müəssisələrdə müəyyən müddətə yerli məhdudiyyətlər tətbiq oluna bilər", - “RİA Novosti” departamentdən sitat gətirib.

“Rospotrebnadzor” həmçinin əl dezinfeksiyaedici vasitələrdən istifadə kimi epidemioloji təhlükəsizlik qaydasını xatırladıb. Vurğulanıb ki, bu sadə və təsirli tədbir mövsümi xəstəliklər riskini xeyli azaldır.

KİV Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hökumət Evində payızda soyuqdəymə hallarının artması fonunda müvəqqəti olaraq əlavə profilaktik tədbirlər, o cümlədən maska ​​rejimi tətbiq edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN