Moskva yaxınlığındakı Odintsovoda 16 yaşlı məktəblinin hərarəti kəskin qalxdıqdan sonra dünyasını dəyişib. “Mash” Telegram kanalının məlumatına görə, oğlan evdə valideynlərinin qucağında dünyasını dəyişib.

Bu yaxınlarda ailəsi xəstələnməkdən qorxduğu üçün onu məktəbə getməsinə mane olublar. Buna baxmayaraq, uşaq evdə soyuqlayıb. Onda qızdırma, öskürək və zəiflik inkişaf edib.

Gecələr məktəblinin hərarəti 38 dərəcəyə qalxıb və o, qıdırmağa başlayıb. Valideynlər təcili yardım çağırsalar da, həkimlər uşağa kömək edə bilməyiblər və o, dünyasını dəyişib.

Məlum olub ki, oğlanın xroniki xəstəliyi olmayıb. Uşağın ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN