2023-cü il tibb və ya fiziologiya üzrə Nobel mükafatı RNT əsaslı peyvəndin yeni növünün yaradılmasına səbəb olan kəşflərinə görə Katalin Kariko (Macarıstan) və Dryu Vaysman (ABŞ) layiq görülüb.

TEZADLAR.AZ xəbər verir ki, Nobel Komitəsi qərarını bununla izah edib ki, dünyanın dəhşətli COVID-19 epidemiyası yaşandığı və digər epidemiyaların təhlükəsinin böyük olduğu bir şəraitdə bu kəşfin sahiblərinin işi əvəzolunmazdır.

Koronavirus pandemiyasının başlanmasından bəri RNT vaksinlərinin istifadəsi artıq milyonlarla insanın həyatını xilas etməyə kömək edib.

Keçən il bu mükafat nəsli kəsilmiş hominidlərin genomları və insan təkamülü ilə bağlı araşdırmalarına görə isveçli genetik Svante Paboya verilib.

 Xatırladaq ki, Nobel mükafatına namizədlər 50 ildir ki, gizli saxlanılır. Məxfilik açıldıqdan sonra maraqlı faktlar üzə çıxıb.
Belə ki, avstriyalı nevroloq və psixoanalizin banisi Ziqmund Freyd, nə az, nə çox düz 32 dəfə Fiziologiya və Tibb üzrə Nobel mükafatına namizəd göstərilsə də, heç vaxt bu mükafata layiq görülməyib.

1929-cu ildə Nobel Tibb Komitəsi bir ekspert cəlb edir və o, Freydin işinin sübut edilmiş elmi dəyəri olmadığı üçün daha öyrənilməsinin lazımsız olduğu qənaətinə gəldi...

 

JASMİN

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN