“Tarif Şurasının qərarı dərman preparatlarının həm keyfiyyəti, həm də qiymətinə olduqca müsbət təsir edəcək”.

TEZADLAR.AZ xəbər verir ki,  bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, həkim-kardioloq Rəşad Mahmudov hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə Tarif Şurasının bu günlərdə qəbul etdiyi qərara münasibət bildirərək deyib. O qeyd edib ki, ölkədə dərmanların əhali üçün əlçatanlığını təmin etmək üçün davamlı şəkildə ciddi addımlar atılır.

“Qəbul olunan qərarda, sadəcə, üst qiymət səviyyəsi deyil, eyni zamanda, dərmanın keyfiyyətinin ən yaxşı səviyyədə olması da vurğulanıb. Hazırda dərman preparatlarının qiymətindəki artımı, sadəcə, Azərbaycana şamil etmək düzgün deyil. Bu artım COVID-19 pandemiyası ilə əlaqədar bütün dünya ölkələrinin iqtisadiyyatının tənəzzülü ilə əlaqəlidir. Tarif Şurasının qərarı uzun müddət çəkən dərman qeydiyyat sistemini asanlaşdırıb. Dərmanların ən maksimum qiymətinin müəyyənləşdirilməsi dərman qiymətlərinin sabitliyini təmin edib. Eyni zamanda, müəyyən olunmuş limit nəticəsində ölkəyə gətirilən dərman saylarında artım müşahidə olunacaq. Qəbul edilən qərar Avropa ölkələrində qeydiyyatdan keçmiş dərmanların çox asanlıqla ölkəyə gətirilməsinə imkan yaradacaq. Bu isə bəzi dərmanların çatışmazlığının qarşısını ala bilər. Gələcəkdə yüksəkkeyfiyyətli, əhalinin büdcəsinə uyğun preparatların əlçatanlığı təmin ediləcək. Mən inanıram ki, icbari tibbi sığortanın imkanlarının artması ilə ambulator səviyyədə müalicə alan şəxslərin dərmanlarının sığorta hesabına verilməsi də mümkün ola bilər”, - deyə R.Mahmudov bildirib.

 

AzərTac

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN