On minlərlə dərman hazırlanan bitki növü məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Gələcəkdə bəşəriyyət dərman bitkilərinin yoxa çıxması səbəbindən dərmanlarının yarısını itirə bilər.

Bu barədə Böyük Britaniyanın Kew Kral Botanika Bağının (RBG Kew) alimlərinin rəhbərlik etdiyi beynəlxalq elmi qrupun “Dünyanın vəziyyəti” hesabatında deyilir.

Tədqiqat Annual Review of Environment and Resources (ARER)  elmi jurnalında dərc olunub.

Hesabata görə, dünyadakı bütün çiçəkli bitkilərin təxminən yarısı nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

 “Biz nəsli kəsilməkdə olan 100 mindən çox flora növünə baxırıq. Dərmanlarımızın 10-dan 9-unun bitkilərdən hazırlandığını nəzərə alsaq, potensial olaraq dərmanlarımızın yarısını itirmək riskimiz var”, - deyə ekologiya üzrə mütəxəssis Matilda Braun bildirib.

 Kral Nəbatat Bağlarının elmi direktoru Kyu Aleksandr Antonellinin sözlərinə görə, tədqiqat bir daha insanların Yer kürəsində bitkilər və göbələklər haqqında nə qədər az məlumatlı olduğunu göstərib.

 "Biz Marsın səthi haqqında bu planetdəki göbələklərdən daha çox şey bilirik", - deyə alim bildirib.

Əvvəllər alimlər aşkar etmişdilər ki, hələ kəşf edilməmiş bitki növlərinin 77%-i artıq yox olmaq təhlükəsi ilə üz-üzədir.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN