İşçilərə xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı məbləğdə ödənilir? Sualın cavabını TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev açıqlayıb.
Onun sözlərinə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
- Qazancın 150 faizi miqdarında: əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara;
- Qazancın 100 faizi miqdarında: 12 il və daha çox sosial sığorta stajı olan işçilərə,iş yerində bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;
- Qazancın 80 faizi miqdarında: 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;
- Qazancın 60 faizi miqdarında: 8 ilədək sosial sığorta stajı olan işçilərə.
Y.MƏMMƏDLİ