2023-cü il yanvarın əvvəlindən dekabrın 5-dək Avropa və Mərkəzi Asiyada 30 601 təsdiqlənmiş qızılca hadisəsi qeydə alınıb.

BMT-nin Uşaq Fondunun (UNICEF) saytında verilən açıqlamaya görə, bu, ötən illə müqayisədə (909 hadisə) 3000%-dən çox yüksəkdir.

 UNICEF qeyd edir ki, son vaxtlar vəziyyət daha da pisləşib. Belə ki, 2023-cü ilin oktyabrından noyabr ayına qədər bölgədə qızılca xəstəliyinə yoluxma halları demək olar ki, iki dəfə artıb. Mütəxəssislər immunitetin azalması səbəbindən artımın davam edəcəyini gözləyirlər.

“Əhalidə immunizasiyanın əhatə dairəsinin azalmasının qızılca hadisələrinin artmasında daha aydın bir əlaməti yoxdur. Belə dramatik artım uşaqları bu təhlükəli və potensial ölümcül xəstəlikdən qorumaq üçün ciddi diqqət və təcili ictimai səhiyyə tədbirləri tələb edir”, - deyə UNICEF-in regional direktoru Regina De Dominicis bildirib.

UNİCEF-in məlumatına görə, qızılca ilə ən çox xəstələnmə Qazaxıstanda qeydə alınıb: hər 100 min əhaliyə 69 hadisə və ya ümumilikdə 13 254 hadisə. Qırğızıstan ikinci yerdədir: 100 min əhaliyə 58 hal (3811 hal). Keçən həftə milli qızılca epidemiyası elan edən Rumıniyada  isə 100,000 əhaliyə 9,6 hadisə (1,855 hal) qeydə alınıb.

Qeyd edək ki, son aylar Azərbaycanda da qızılca xəstəliyi yayılmaqdadır. Bu virusa daha çox tələbələr və məktəblilər yoluxub.

 Rəsmi məlumatlara görə,  Azərbaycanda qızılcadan azı 3 nəfər ölüb. Hələ noyabrın 28-də verilən rəsmi açıqlamaya görə, ölkədə 285 nəfər qızılcaya yoluxub. Lakin hazırda bu rəqəmin çox olduğu inkaredilməzdir. Həkimlər qızılca ilə mübarizə yolunun uşaqların peyvənd edilməsində görürlər.

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN