Qızılca ilə yoluxan şəxslər səpki göründükdən sonra 5 günə qədər təcrid olunurlar.

Ağırlaşmalar olarsa, təcridedilmə 10 günə qədər uzanır. Xəstə ilə təmasda olan şəxslərə, xəstəliyə yoluxmamış uşaqlara qamma-qlobulin vurulur (passiv immunizasiya).

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibova deyib.

Onun sözlərinə görə, adətən ocaqda dezinfeksiya tədbirləri aparılmır. Mütəmadi olaraq gündəlik təmizləmə işləri aparılır və otaq havalandırılır: “Qızılcanın profilaktikası kompleks tədbirlərdən ibarətdir. Uşaq müəssisələrində qızılcanın yayılmasının qarşısının alınmasında mühüm tədbir erkən diaqnostika və xəstənin vaxtında təcrid olunmasıdır. Xəstə müəyyən edilən infeksiya ocağında peyvənd olunmuş uşaqlar müşahidə edilməlidir. Xəstə ilə təmasda olan peyvənd olunmayan uşaqlar isə təcrid olunmaqla müşahidə olunmalıdırlar. Təmasdan sonra 72 saat ərzində peyvənd olunması tövsiyə edilir”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN