Rusiya paytaxtının tibb müəssisələrində həkim qəbulu ilə bağlı yeni qaydalar müəyyən edilib.

Belə ki, Moskva rəhbərliyi paytaxt klinikalarına yeni qaydalar tətbiq edir. Qaydalara əsasən, xəstələrin həkimlə görüşü audio qeydə alınacaq. Bu barədə məlumatı Rusiya paytaxtının səhiyyə departamenti öz Telegram kanalında yayıb.

"Qaydaları təsdiqləmək və onları hamıya çatdırmaq kifayət deyil. İşi yaxşılaşdırmaq üçün onlara nə dərəcədə əməl edildiyini qiymətləndirmək vacibdir. Buna görə də, Moskva klinikalarının rəhbərlərinin yarısından çoxu onlara belə bir qiymətləndirmə vasitəsi vermək və şəxsiyyəti anonim olan audiomonitorinq aparmaq istəyi ilə səhiyyə departamenti ilə rəsmi əlaqə saxlayıb. Bu təşəbbüsü qurum dəstəklədi”, - Moskva səhiyyə qurumundan bildirilib.

Departament əmin etdi ki, lentə alınacaq həmin qeyd konfidensial şəkildə aparılacaq. Buna görə də, bu qeydlər həkim sirrini ehtiva etməyəcək.

Qeyd olunur ki, bütün audioyazılar bir aydan çox olmayaraq saxlanılacaq. Bu yolla mütəxəssislər həkimlərə dəyərli məsləhətlər verə və qəbul zamanı buraxılmış səhvləri qeyd edə biləcəklər.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN