Daha yüksək təhsil səviyyəsinə malik olmaq daha yavaş yaşlandıra bilirmiş.

 TEZADLAR.AZ xəbər veriri ki, Amerika Birləşmiş Ştatlarının Kolumbiya Universitetinin tədqiqatçıları 1948-ci ildən bəri 3 nəsildən olan 14106 iştirakçının məlumatlarını araşdıraraq təhsilin qocalmaya təsirini təhlil ediblər. Sözügedən məlumatlarla əldə edilən qan testlərindən istifadə edən tədqiqatçılar DNT-ni (dezoksiriboza nuklein turşusu) araşdıran bir üsulla iştirakçıların qocalma nisbətini hesablamağa çalışıblar.

  Üç nəsildən əldə edilən məlumatlardan istifadə edərək tədqiqatçılar uşaqların təhsil səviyyələrini valideynlərinin təhsil səviyyələri ilə müqayisə ediblər və həmçinin bacı-qardaşlar arasında təhsil səviyyələrindəki fərqləri araşdırıblar. Onlar müəyyən ediblər ki, təhsilli iştirakçıların qocalma sürəti 2 il ərzində 2-3 faiz yavaşlaya və ölüm riski təxminən 7 faiz azala bilir.

  Təhsil səviyyəsinin bioloji qocalma və gözlənilən ömür uzunluğu ilə əlaqələndirildiyi ilk dəfə qeyd edilən araşdırma valideynlərindən daha yüksək təhsil səviyyəsinə sahib olan iştirakçıların daha yavaş qocaldığını, daha uzun və sağlam yaşadıqlarını ortaya qoyub.

  "Framingham Heart Study" adlanan araşdırma "JAMA Network Open" jurnalında dərc olunub.

 

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN