Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1029 yeni yoluxma faktı qeydə alınıb, 2680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 480843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 451727 nəfər müalicə olunaraq sağalıb, 6457 nəfər vəfat edib, aktiv xəstə sayı 22659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9151, ötən müddət ərzində isə ümumilikdə 4823654 test aparılıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN