Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biridir. Yeni doğulan körpələrin bir qismində belə qüsurlar aşkarlanır. Son illər belə uşaqların sayının artdığı da bildirilir. Bəs anadangəlmə ürək xəstəliklərinin səbəbləri hansılardır?

"Anadangəlmə ürək qüsurları üçün ən ciddi risk faktoru qohum evlilikləridir".

Bunu aritmoloq, invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin "Instagram" hesabında "Ümumdünya Ürək Günü" mövsuzunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.

F.Əliyev bildirib ki, ürək xəstəliyi riski hamiləliyin 5-6-cı həftəsində ana bətnində ürəyin formalaşdığı andan başlayır: "Əgər uşağımızın ürək qüsurlu olmasını istəmiriksə, qohum evliliyindən uzaq olmalıyıq. Bu, sadəcə ürək xəstəlikləri üçün deyil, digər xəstəliklər üçün də keçərlidir".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN