Oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günüdür. “Rotari” beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunan Ümumdünya Poliomielitlə Mübarizə Gününün məqsədi ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək, həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdir.

Ümumdünya Poliomielitlə Mübarizə Günü üçün oktyabrın 24-nün seçilməsi poliomielitə qarşı vaksinin müəllifi, Amerika epidemioloqu və virusoloqu Conas Solkun doğum günü ilə əlaqədardır.

Xəstəlik istənilən yaşda inkişaf edə bilər, lakin 5 yaşınadək uşaqlarda daha çox rast gəlinir. Ötən əsrin 50-cı illərində xəstəliyə qarşı peyvənd istehsal edilib. Virusoloq Albert Seybin inaktivləşdirilmiş və canlı poliomielit əleyhinə vaksin hazırlayandan sonra 1988-ci ildə poliomielitə qarşı mübarizədə qlobal təşəbbüs yaranıb.

1995-ci ildən sonra ölkəmizdə poliomielit xəstəliyi qeydə alınmır. Azərbaycan 2002-ci ildə poliomielitdən azad region statusunu alıb. Lakin bütün dünyada poliomielit virusu ləğv edilməyənə qədər həmin xəstəliyə yoluxma təhlükəsi qalır. Bu təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral poliomielit vaksini ilə peyvənd edilməlidir. Peyvənd nəticəsində uşaqlarda poliomielitə qarşı immunitet yaranır.

Qeyd edək ki, ölkəmizdə Səhiyyə Nazirliyinin tibb müəssisələrində bütün uşaqlara poliomielitə qarşı peyvənd dövlət hesabına vurulur.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN