Böyük Britaniyanın Baş naziri Boris Conson vətəndaşları tez bir zamanda koronavirus peyvəndinin 3-cü dozasını vurdurmağa çağırıb.

Hökumət başçısının yaydığı bəyanatda bildirilib ki, peyvəndlər qışı keçməmizə kömək edəcək. Biz fenomenal irəliləyiş əldə etmişik, lakin işimiz hələ tamamlanmayıb. Məlumdur ki, peyvəndlərin təmin etdiyi qorunma altı aydan sonra zəifləyə bilər. Sevdiklərinizi və ətrafınızdakıları qorumaq üçün 3-cü doza üçün dəvət aldıqda peyvənd olunmağa tələsin”, deyə baş nazir vurğulayıb.

Bəyanatdan da göründüyü kimi, baş nazir havalar soyuduqca ölkəsində koronavirusla bağlı vəziyyətin də pisləşəcəyində əndişəlidir... Və xatırladaq ki, Boris Conson ötən il özü də koronavirusa yoluxmuşdu. 

***

Qeyd edək ki,  bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Ghebreyesus Afrikadakı əhalinin yalnız 7%-nin vaksin olunduğuna diqqət çəkərək, digər ölkələrdə 3-cü doza gücləndirici peyvəndlərin yayılmasının ədalətsiz və düşüncəsiz olduğu üçün dərhal dayandırılmasını tələb etmişdi.
 
"Düşünürəm ki, ədalətsiz bir qərardır və bu qərarın dərhal dayandırılmasını istəyirəm. Gücləndiricilərin işə salınması həqiqətən də qlobal bir cəmiyyət olaraq edə biləcəyimiz ən pis şeydir. İstehsal gücü olmayan bir qitəyə göz yumaraq pandemiyanı dayandıra bilmərik" - deyə bildirmişdi.

Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı immun çatışmazlığı olan insanlar üçün əlavə bir peyvənd dozası tövsiyə edib, lakin dünyanın bir çox yerində birinci mərhələli koronavirus peyvəndləri peyvənd olunana qədər gücləndirici peyvəndlərin geniş yayılmasına qarşı çıxıb.

Ghebreyesus Cənubi Amerika, Şimali Amerika, Avropa, Asiya və Okeaniyanın hamısının əhalisinin 50%-dən çoxuna vaksinin tək dozunu verdiyini, Afrika əhalisinin yalnız 7%-nin bir doz aldığını söyləyib. 
Qeyd edək ki, son günlərin statistik məlumatlarına  görə, əhalisinin sayı 68 milyon 353 min nəfər olan Britaniyada, artıq əhalinin 49 603 139 min nəfəri – 72, 57 %-i peyvənd vurdurub. 45 486 950 nəfər – 66, 55%-i tam peyvənd olunub (ikinci vaksini də vurdurub).

Ölkədə indiyədək koronavirusa yoluxmuş 8 734 934 nəfərin (12,8 % ) 139 461 nəfəri  (1,6%-i)  isə vəfat etmişdir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN